Azərbaycanda makaron məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 89,8%-ə yüksəlib. Bu, son illərdə qeydə alınan ən yüksək göstəricidir.
Monetar.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2020-ci ildə ölkədə makaron məhsulları ilə özünütəminetmə səviyyəsi 42,3% olub. 2021-ci ildə göstərici 47,2%-ə, 2022-ci ildə 64,3%-ə, 2023-cü ildə isə 73,2%-ə yüksəlib.
2024-cü ildə müəyyən geriləmə qeydə alınaraq göstərici 71,1%-ə düşsə də, 2025-ci ildə 89,8%-ə çatıb.
Beləliklə, 2020–2025-ci illərdə makaron məhsulları ilə özünütəminetmə səviyyəsi 47,5 faiz bəndi artıb.