Bir azərbaycanlı ildə neçə yumurta yeyir? - Cavab statistikada

Bir azərbaycanlı ildə neçə yumurta yeyir? -

Azərbaycanda adambaşına düşən illik yumurta istehlakı 2025-ci ildə 198 ədəd təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə adambaşına yumurta istehlakı 175 ədəd olub. Beləliklə, beş il ərzində göstərici 23 ədəd və ya təxminən 13,1% artıb.

Statistik göstəricilərə görə, 2021-ci ildə adambaşına yumurta istehlakı 170 ədədə düşüb. 2022-ci ildə 179 ədədə, 2023-cü ildə 189 ədədə, 2024-cü ildə isə 195 ədədə yüksəlib. 2025-ci ildə artım davam edərək 198 ədədə çatıb.

Qeyd edək ki, Azərbaycanda yumurta ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 104% təşkil edib.