Süd məhsulları ilə özünütəminetmə səviyyəsi 81 faizə düşüb

Süd məhsulları ilə özünütəminetmə səviyyəsi

Azərbaycanda süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 81%-ə düşüb. Bu, əvvəlki illə müqayisədə 2,9 faiz bəndi azalma deməkdir.

Monetar.az xəbər verir ki, statistik göstəricilərə əsasən, 2020-ci ildə ölkənin süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 83,5% təşkil edib. 2021-ci ildə göstərici 84,8%-ə yüksəlsə də, sonrakı illərdə əsasən 83–84% intervalında dəyişib.

2024-cü ildə 83,9% olan özünütəminetmə səviyyəsi 2025-ci ildə 81%-ə enib. Beləliklə, son bir ildə 2,9 faiz bəndi, 2020-ci illə müqayisədə isə 2,5 faiz bəndi azalma qeydə alınıb.