Hər 100 təsərrüfata düşən qoyun-keçi sayı 709-dan 536-ya enib

Hər 100 təsərrüfata düşən qoyun-keçi sayı

Azərbaycanda kənd yerlərində əhalinin hər 100 təsərrüfatına düşən iribuynuzlu mal-qaranın, qoyun və keçilərin sayı azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-nə kənd yerlərində hər 100 təsərrüfata 197 baş iribuynuzlu mal-qara düşüb. 2004-cü ildə bu göstərici 211 baş, 2011-ci ildə 232 baş təşkil edib.

Statistikaya görə, hər 100 təsərrüfata düşən inək və camışların da sayıazalıb. 2004-cü ildə 101 baş olan göstərici 2011-ci ildə 112 başa yüksəlsə də, 2026-cı ilədək 98 başa enib.

Qoyun və keçilərin sayında da azalma qeydə alınıb. Belə ki, hər 100 kənd təsərrüfatına 2004-cü ildə 658 baş qoyun və keçi düşdüyü halda, 2011-ci ildə bu rəqəm 709 başa çatıb. 2026-cı il yanvarın 1-nə isə göstərici 536 başa enib.

Donuzların sayı isə nisbətən aşağı səviyyədə qalıb. 2004-cü ildə hər 100 təsərrüfata 1 baş donuz düşdüyü halda, 2026-cı ildə bu göstərici 0,2 baş təşkil edib.