“Azərbaycan Supermarket”də qiymət uyğunsuzluğu aşkarlanıb

“Azərbaycan Supermarket”də qiymət

“Azərbaycan Supermarket” MMC-də qeyri-qida məhsulunun üzərində göstərilən qiymətdən baha satılması faktı qeydə alınıb.

Monetar.az xəbər verir ki, 1 sentyabr 2026-cı il tarixində qeydə alınan pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələbləri ilə əlaqələndirilib.

Fakt üzrə malın hesabına dair istehlakçının az miqdarda aldadılmasına görə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi göstərilib.

Qeyd edək ki, məhsulun üzərindəki qiymətlə kassada tələb olunan məbləğ arasında fərq yaranması istehlakçıların hüquqlarının pozulmasına səbəb ola bilər.