Ucarda ilk dəfə Çəltik və Aqrar Biznes Festivalı keçirilir

  Ucarda ilk dəfə Çəltik və

Ucar rayonunda ilk dəfə “Çəltik və Aqrar Biznes Festivalı” təşkil olunub.

Monetar.az  xəbər verir ki, festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, nazirliyin tabeliyində olan qurumların nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və fermerlər iştirak edirlər.

Festival çərçivəsində media nümayəndələrinin iştirakı ilə rayon ərazisində yerləşən təsərrüfatlardan birinə də baxış keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, festivalın əsas məqsədi bölgənin aqrar potensialını nümayiş etdirmək, yerli fermerləri dəstəkləmək, çəltikçilik ənənələrini inkişaf etdirmək və kənd təsərrüfatı sahəsində mövcud biznes imkanlarını tanıtmaqdır.