Bu gün Bakıda Zeytun Festivalı başlayır

Bu gün Bakıda Zeytun

Oktyabrın 23-25-də Bakı bulvarında Zeytun Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif istehsalçıların zeytun məhsulları təqdim olunacaq.

Monetar.az xəbər verir ki, tədbir Dənizkənarı Milli Parkda təşkil ediləcək.

Festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, həmçinin bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.

Tədbir ərazisində qurulacaq pavilyonlarda müxtəlif istehsalçıların zeytun məhsulları nümayiş etdiriləcək. Festival zeytunçuluq ənənələrinə, yerli məhsullara və bu sahədə çalışan insanların əməyinə diqqəti artırmağa xidmət edəcək.