Rusiya Mərkəzi Bankı bu gün faiz qərarını açıqlayacaq

Rusiya Mərkəzi Bankı bu gün

Rusiya Mərkəzi Bankının bu gün keçiriləcək iclasında uçot faizini hazırkı səviyyədə saxlayacağı gözlənilir. Analitiklərin fikrincə, qərara təsir edən əsas amil inflyasiyanın hədəf göstəricidən yüksək olmasıdır.

Monetar.az xəbər verir ki, F 2026-cı ilin sonuna qədər Rusiya Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı daha iki iclası keçiriləcək. Oktyabrın 23-dəki iclasdan sonra növbəti qərarın dekabrın 18-də açıqlanması nəzərdə tutulur.

Sentyabrda mövsümi amillər nəzərə alınmaqla istehlak qiymətlərinin artım tempi yay ayları ilə müqayisədə zəifləyib. Lakin oktyabrda həftəlik inflyasiyada yenidən artım müşahidə olunub.

Rusiya Mərkəzi Bankı inflyasiyanın davamlı şəkildə azalması və 2027-ci ildə 4%-lik hədəfə qayıtması üçün faiz siyasəti ilə bağlı qərarların diqqətlə verilməsinin vacibliyini vurğulayır.

Tənzimləyicinin sorğusunda iştirak edən analitiklər yaxın illər üzrə faiz dərəcəsi və inflyasiya proqnozlarını yüksəldiblər. Yenilənmiş proqnoza əsasən, 2026-cı ildə orta illik uçot faizinin 14,6% olacağı gözlənilir. Bu isə ilin sonuna doğru faiz dərəcəsinin təxminən 14% səviyyəsində olacağı ehtimalını əks etdirir.

2027-ci il üçün orta uçot faizi proqnozu da əvvəlki 12,4%-dən 12,8%-ə qaldırılıb.

Analitiklər oktyabr iclasında faiz dərəcəsinin dəyişməyəcəyini gözləsələr də, yekun qərar inflyasiyanın dinamikasından və iqtisadi göstəricilərdən asılı olacaq.