Azərbaycanda şəkərlə özünütəminetmə səviyyəsi 2025-ci ildə 101,9%-ə çatıb. Beləliklə, göstərici daxili tələbatı üstələyib.
Monetar.az xəbər verir ki, statistik məlumatlara əsasən, 2020-ci ildə ölkənin şəkərlə özünütəminetmə səviyyəsi 69,4% təşkil edib. 2021-ci ildə göstərici 100,7%-ə, 2022-ci ildə isə 103,9%-ə yüksəlib.
2023-cü ildə şəkərlə özünütəminetmə səviyyəsi 84,4%-ə düşüb. 2024-cü ildə 93%-ə yüksələn göstərici 2025-ci ildə 101,9%-ə çatıb.
Beləliklə, son bir ildə özünütəminetmə səviyyəsi 8,9 faiz bəndi artıb. 2020-ci illə müqayisədə isə artım 32,5 faiz bəndi təşkil edib.