Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 27,9%-ə yüksəlib. Bununla belə, daxili istehsal ölkənin düyüyə olan tələbatının üçdə birindən də azını qarşılayır.
Monetar.az xəbər verir ki, statistik göstəricilərə əsasən, 2020-ci ildə Azərbaycanda düyü ilə özünütəminetmə səviyyəsi 14,2% təşkil edib. Sonrakı illərdə bu göstərici yüksələrək 2021-ci ildə 17,7%, 2022-ci ildə 17,6%, 2023-cü ildə 20,4%, 2024-cü ildə 22,3% olub. 2025-ci ildə isə 27,9%-ə çatıb.
Beləliklə, son beş ildə düyü ilə özünütəminetmə səviyyəsi 13,7 faiz bəndi artıb.
Digər tərəfdən, 2025-ci ildə düyüyə olan tələbatın təxminən 72,1%-i daxili istehsal hesabına qarşılanmayıb. Bu göstərici ölkənin düyü bazarında idxalın əhəmiyyətini qoruduğunu göstərir.