Azərbaycanda hər kəs ildə orta hesabla 45 kiloqram ət yeyir

Azərbaycanda hər kəs ildə orta hesabla

Azərbaycanda adambaşına düşən illik ət və ət məhsulları istehlakı 2025-ci ildə 44,9 kiloqram təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə bu göstərici 40,8 kiloqram olub. Beləliklə, son beş ildə adambaşına ət istehlakı 4,1 kiloqram və ya təxminən 10% artıb.

Mal əti və ət məhsullarının istehlakı 2020-ci ildə 16,3 kiloqram olduğu halda, 2025-ci ildə 17,5 kiloqrama yüksəlib. Qoyun və keçi əti üzrə göstərici isə 8,9 kiloqramdan 9,1 kiloqrama çatıb.

Quş əti istehlakında da artım qeydə alınıb. 2020-ci ildə adambaşına illik 14,6 kiloqram olan göstərici 2024-cü ildə 18,1 kiloqrama yüksəlsə də, 2025-ci ildə 17,4 kiloqrama enib.

Donuz əti və ət məhsullarının istehlakı isə dəyişməyərək 1 kiloqram səviyyəsində qalıb.