2027-ci ildə Azərbaycanda İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən 1 milyard 100 milyon manat ayrılması nəzərdə tutulur. Bu, ümumi dövlət büdcəsi xərclərinin 2,6 %-ni təşkil edəcək.
Monetar.az xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, İcbari Tibbi Sığorta Fonduna ayrılacaq vəsait 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 22,2 % çox olacaq.
Qeyd edək ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.