2026-cı il oktyabrın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) GRE: General Test imtahanı təşkil olunacaq. Kompüter əsaslı imtahan saat 09:00-da başlayacaq.
Monetar.az xəbər verir ki, imtahan ETS (Educational Testing Service) tərəfindən təşkil edilən GRE: General Test proqramı çərçivəsində keçiriləcək.
DİM-in məlumatına görə, iştirakçılar imtahanın başlanmasına ən azı bir saat qalmış imtahan binasının qarşısında olmalıdırlar. Onlar özləri ilə şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu gətirməlidirlər.
İmtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50, TÜRKPA-nın yanı.