Xarici dil imtahanlarının aylıq ödənişi 30 manat artıb

Xarici dil imtahanlarının aylıq ödənişi

Azərbaycanda beynəlxalq xarici dil imtahanlarını təşkil edən qurumların xidmətləri üzrə orta aylıq qiymət artıb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yanvarda bu xidmətlərin orta aylıq qiyməti 477,59 manat olduğu halda, sentyabrda 507,22 manata yüksəlib.

Beləliklə, ilin əvvəlindən sentyabr ayına qədər qiymət 29,63 manat və ya təxminən 6,2 faiz artıb.