Dünya bazarında “Brent” markalı neftin qiyməti artaraq bir barel üçün 115 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 16:07-də Londonun ICE birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 1,69% artaraq bir barel üçün 115,08 dollara yüksəlib. Bu markalı neftin qiyməti sonuncu dəfə 2026-cı il mayın 4-də 115 dollar həddini aşmışdı.
Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, qiymətdə müəyyən korreksiya baş verib və “Brent”in bir bareli 114,77 dollar səviyyəsində qərarlaşıb. Bu, əvvəlki göstərici ilə müqayisədə 1,41% artım deməkdir.
Həmin vaxt “WTI” markalı neftin noyabr fyuçerslərinin qiyməti də 1,82% yüksələrək bir barel üçün 101,28 dollara çatıb.
Neft qiymətlərindəki artım Yaxın Şərqdə münaqişənin kəskinləşməsi, ABŞ və İran arasında gərginliyin tənzimlənməsi prosesində yaranan fasilə, eləcə də husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları ilə əlaqələndirilir. Bazar iştirakçıları regionda baş verən hadisələrin neft tədarükünə mümkün təsirlərini qiymətləndirirlər.
MONETAR.AZ