Dünya əmtəə bazarlarında qiymətlər fərqli istiqamətlərdə dəyişib. Qiymətli metallar arasında gümüş və platin daha çox ucuzlaşıb, enerji bazarında isə təbii qaz və neft bahalaşıb. Kənd təsərrüfatı məhsulları arasında ən böyük eniş kakao qiymətində qeydə alınıb.
Monetar.az xəbər verir ki, gümüşün qiyməti 5,28%, platinin qiyməti 3,57%, litium karbonatın qiyməti 3,26%, qızılın qiyməti isə 2,44% azalıb.
Enerji bazarında Avropada təbii qaz 4,06%, Böyük Britaniyada təbii qaz 4,01%, “Brent” markalı neft 3,99%, xam neft isə 2,50% bahalaşıb.
Kənd təsərrüfatı məhsulları bazarında kakao 4,04%, şəkər 1,56%, qəhvə isə 1,50% ucuzlaşıb. Bunun əksinə, raps yağının qiyməti 1,25%, taxta-şalbanın qiyməti isə 0,86% artıb.