Azərbaycanda adambaşına düşən illik balıq və balıq məhsulları istehlakı 2025-ci ildə 8 kiloqram təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə bu göstərici 7,3 kiloqram olub. 2021-ci ildə 7,4 kiloqrama, 2022-ci ildə 7,6 kiloqrama, 2023-cü ildə isə 8 kiloqrama yüksəlib.
2024-cü ildə adambaşına balıq istehlakı 8,4 kiloqramla dövrün ən yüksək səviyyəsinə çatıb. Lakin 2025-ci ildə göstərici 8 kiloqrama düşüb.
Beləliklə, son 5 ildə adambaşına balıq istehlakı 0,7 kiloqram və ya təxminən 9,6% artsa da, ötən il əvvəlki illə müqayisədə 0,4 kiloqram azalma qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda balıq və balıq məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 81,1% təşkil edib.