Azərbaycanda adambaşına düşən illik süd və süd məhsulları istehlakı 2025-ci ildə 269,1 kiloqrama yüksəlib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə adambaşına süd və süd məhsulları istehlakı 257,6 kiloqram təşkil edib. Beləliklə, beş il ərzində göstərici 11,5 kiloqram və ya təxminən 4,5% artıb.
Statistikaya görə, 2021-ci ildə adambaşına süd istehlakı 253,3 kiloqrama düşüb. Sonrakı illərdə isə göstərici əsasən 256–259 kiloqram intervalında dəyişib. 2025-ci ildə 269,1 kiloqrama yüksələrək dövrün ən yüksək səviyyəsinə çatıb.
Qeyd edək ki, süd və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 81% təşkil edib.