Azərbaycan Turizm və Menecment Universiteti İqtisadiyyat kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edib.
Monetar.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər tələb olunan sənədləri universitetin İnsan resursları şöbəsinə təqdim etməlidirlər. Sənədlər elektron formada da [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul olunur.
Müsabiqədə iştirak üçün rektorun adına ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri, elmi və elmi-metodiki işlərin siyahısı, həmçinin namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması tələb olunur.
Universitetdə çalışan namizədlərdən isə daha az sənəd tələb edilir. Onlar ərizə, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətlərini, elmi və elmi-metodiki işlərin siyahısını və inkişaf platformasını təqdim etməlidirlər.
Vəzifə tələblərinə uyğun gəlməyən namizədlərin və ya sənədləri müəyyən edilmiş müddətdən sonra təqdim edən şəxslərin müraciətləri qəbul edilməyəcək.