Menyu düzgün tərtib edilməyib: müştəri hesabda aldadılıb

Menyu düzgün tərtib edilməyib:
Fiziki şəxs Vəliyev Elməddin Maarif oğlunun fəaliyyəti ilə bağlı istehlakçı hüquqlarının pozulması faktı qeydə alınıb.

Monetar.az xəbər verir ki, 9 sentyabr 2026-cı il tarixində qeydə alınan pozuntuya əsasən, menyu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib və istehlakçı hesabda aldadılıb.

Fakt “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, həmçinin Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş ticarət, ictimai iaşə və digər xidmət qaydalarının 23.6 və 23.7-ci bəndləri ilə əlaqələndirilib.

Pozuntu üzrə İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi - qiymət cədvəllərinin və ya menyuların olmaması, yaxud düzgün tərtib edilməməsi, eləcə də 447.0.1-ci maddə - malın hesabına dair istehlakçının az miqdarda aldadılması göstərilib.

Qeyd edək ki, ictimai iaşə obyektlərində menyudakı qiymətlərin və hesablamaların düzgün olması istehlakçı hüquqlarının qorunmasının əsas şərtlərindəndir.