2026-cı il oktyabrın 1-nə Azərbaycanda qeydiyyatda olan fərdi sahibkarların sayı 1,49 milyonu ötüb. Onların fəaliyyət sahələri üzrə bölgüsündə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ilk sırada qərarlaşıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu sahələrdə fəaliyyət göstərən fərdi sahibkarların sayı 554 min nəfərdən çox olub. Bu, bütün fərdi sahibkarların təxminən 37%-ni təşkil edir.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 277,1 min fərdi sahibkar qeydiyyata alınıb. Bu istiqamətin ümumi sahibkarlar arasında payı 18,5% olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində isə 173 minə yaxın fərdi sahibkar fəaliyyət göstərib. Onların ümumi sayda payı 11,5% təşkil edib.
