2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının yığımı artdığı halda, bir sıra məhsullar üzrə azalma qeydə alınıb. Ən nəzərəçarpan artımlardan biri şəkər çuğunduru istehsalında müşahidə olunub.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrın 1-dək ölkədə 205,9 min ton şəkər çuğunduru yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% çoxdur.
Taxıl və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 420,3 min ton təşkil edib və 8,2% artıb. Meyvə və giləmeyvə yığımı 5%, günəbaxan tumu istehsalı isə 11,6% yüksəlib.
Bununla yanaşı, tərəvəz istehsalı 5,2%, kartof istehsalı 1,1%, bostan məhsulları 3,9%, üzüm istehsalı isə 5,2% azalıb.
