Azərbaycanda kənd təsərrüfatı sektoruna ayrılan dövlət büdcəsi vəsaitlərinin 2030-cu ilədək artması proqnozlaşdırılır.
Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sektor üzrə xərclərin 2027-ci ildəki 1 milyard 379,5 milyon manatdan 2030-cu ildə 1 milyard 502,9 milyon manata yüksələcəyi gözlənilir.
Büdcə proqnozlarına əsasən, kənd təsərrüfatı xərcləri 2028-ci ildə 1 milyard 453,2 milyon manat, 2029-cu ildə 1 milyard 499,8 milyon manat təşkil edəcək.
Beləliklə, 2027–2030-cu illərdə kənd təsərrüfatı sektoruna ayrılan vəsaitin 123,4 milyon manat və ya təxminən 8,9% artması nəzərdə tutulur.
Artımın illər üzrə dinamikası da diqqət çəkir. 2028-ci ildə xərclərin əvvəlki illə müqayisədə 73,7 milyon manat, 2029-cu ildə 46,6 milyon manat artacağı proqnozlaşdırılır. 2030-cu ildə isə artım 3,1 milyon manat səviyyəsində olacaq.
