Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri 2026-cı ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azalaraq 12 milyard 341,3 milyon manat təşkil edib.
Fondun hesabatına əsasən, hesabat dövründə neft-qaz gəlirləri illik müqayisədə 11,5% artaraq 8 milyard 740,6 milyon manata çatıb. Bunun əksinə olaraq, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər 31,2% azalaraq 3 milyard 600,7 milyon manat olub.
Yanvar-sentyabr aylarında ARDNF-nin büdcə xərcləri də azalıb. Belə ki, xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% geriləyərək 9 milyard 681,2 milyon manat təşkil edib.
Hesabatda qeyd olunur ki, Fond tərəfindən dövlət büdcəsinə 9,6 milyard manat vəsait köçürülüb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,9% azdır.
