2026-cı il avqustun 31-nə Azərbaycanda kredit təşkilatlarının kredit portfeli 34 milyard 884 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Lakin kredit bazarında artımla yanaşı, problemli kreditlərin də yüksəlməsi diqqət çəkir.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 36% artaraq 721,8 milyon manata çatıb.
Beləliklə, vaxtı keçmiş kreditlər ümumi kredit portfelindən təxminən 2,5 dəfə sürətlə artıb. Bununla belə, onların ümumi portfeldəki payı 2,1% səviyyəsində qalıb.
Hesabat dövründə uzunmüddətli kreditlərin həcmi 28,9 milyard manat, qısamüddətli kreditlərin həcmi isə 5,95 milyard manat olub. Uzunmüddətli kreditlər illik 13,4%, qısamüddətli kreditlər isə 20,2% artıb.
