Əhali manatla əmanətlərini xarici valyutadan daha sürətlə artırır

Əhali manatla əmanətlərini xarici valyutadan

2026-cı il avqustun sonuna Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 18,2 milyard manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlər 17,8% artıb. Artımın əsas hissəsi manatla yerləşdirilən vəsaitlərin payına düşüb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, milli valyutada əmanətlər 13,06 milyard manat təşkil edib. Bu, illik müqayisədə 24,4% artım deməkdir.

Xarici valyutada olan əmanətlər isə 5,15 milyard manat ekvivalentində olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 3,8% yüksəlib.

Beləliklə, əhalinin manatla əmanətləri xarici valyutadakı əmanətlərdən xeyli sürətlə artıb. Avqustun sonunda fiziki şəxslərin bank əmanətlərinin 71,7%-i manatla, 28,3%-i isə xarici valyutada olub.