Azərbaycanda ən yüksək və ən aşağı maaşlar arasında fərq 5,6 dəfədən çoxdur

Azərbaycanda ən yüksək və ən aşağı maaşlar arasında fərq

Azərbaycanda iqtisadi fəaliyyət sahələri üzrə orta aylıq əməkhaqqı göstəriciləri arasında ciddi fərq var. 2026-cı ilin yanvar-avqust aylarının nəticələrinə görə, ən yüksək orta əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstəricilərdən biri isə kənd təsərrüfatında qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mədənçıxarma sənayesində orta aylıq nominal əməkhaqqı 4 207,2 manat təşkil edib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində isə bu göstərici 749,9 manat olub.

Beləliklə, mədənçıxarma sənayesində orta əməkhaqqı kənd təsərrüfatındakı göstəricidən təxminən 5,6 dəfə yüksəkdir.

Maliyyə və sığorta fəaliyyəti 3 102,1 manatlıq orta əməkhaqqı ilə yüksək maaşlı sahələr arasında yer alıb. İnformasiya və rabitə sahəsində bu göstərici 2 130,2 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində isə 1 917,4 manat olub.