2025-ci ildə Azərbaycanda mal-qara və quş yemi üçün 687 min 705 ton buğda istifadə edilib. Bu, 2020-ci ilin göstəricisindən 186 min 420 ton və ya 37,2% çoxdur.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yem məqsədilə ayrılan buğdanın həcmi 2021-ci ildə 762 min 566 ton, 2022-ci ildə 765 min 451 ton olub.
2023-cü ildə göstərici 692 min 425 tona, 2024-cü ildə isə 695 min 681 tona düşüb. 2025-ci ildə də 2020-ci illə müqayisədə artım qeydə alınıb.