Pomidorun ümumi istehlakı 2 ildə 88 min ton azalıb

Pomidorun ümumi istehlakı 2 ildə

Azərbaycanda pomidorun əhalinin şəxsi istehlak fondu 2023-cü ildəki 627,4 min tondan 2025-ci ildə 539,2 min tona düşüb. İki ildə azalma 88,2 min ton və ya 14% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, pomidor istehsalı da son iki ildə azalıb.

2023-cü ildə 845 min 525 ton pomidor istehsal edildiyi halda, 2024-cü ildə bu göstərici 812 min 614 ton, 2025-ci ildə isə 777 min 736 ton olub. Beləliklə, iki ildə istehsal 67 min 789 ton və ya 8% azalıb.

Bununla belə, 2025-ci ildə pomidor istehsalı 2020-ci ilin 774 min 877 tonluq göstəricisindən bir qədər yüksək olub.