Azərbaycanın buğda ehtiyatları 5 ildə 749 min ton azalıb

Azərbaycanın buğda ehtiyatları 5 ildə

2025-ci ildə Azərbaycanda buğdanın ümumi resursları 3 milyon 299 min 41 ton təşkil edib. Bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 748 min 734 ton və ya 18,5% azdır.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə ölkənin buğda resursları 4 milyon 47 min 775 ton olub.

Sonrakı illərdə göstəricidə azalma qeydə alınıb. Belə ki, 2021-ci ildə buğdanın ümumi resursları 3 milyon 552 min 681 tona, 2022-ci ildə 3 milyon 309 min 493 tona, 2023-cü ildə isə 3 milyon 249 min 19 tona düşüb.

2024-cü ildə buğda resursları əvvəlki illə müqayisədə artaraq 3 milyon 343 min 240 tona çatsa da, 2025-ci ildə yenidən azalaraq 3 milyon 299 min 41 ton təşkil edib.