Azərbaycanda arpa istehsalı 2020-ci ildəki 992 min 439 tondan 2025-ci ildə 1 milyon 319 min 628 tona yüksəlib. Beş ildə artım 33% təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, arpa idxalı 2020-ci ildəki 56,3 min tondan 2025-ci ildə 36,3 min tona düşüb.
Arpanın heyvandarlıq və quşçuluqda yem kimi istifadəsi yüksək olaraq qalır. 2025-ci ildə bu məqsədlə 950 min 470 ton arpa istifadə edilib.
İlin sonuna qalan ehtiyatlar isə 2024-cü ildəki 275 min 726 tondan 2025-ci ildə 480 min 211 tona yüksəlib. İllik artım 74% təşkil edib.
