Azərbaycanda meyvə ilə özünütəminetmə səviyyəsi 140 faizi ötüb

Azərbaycanda meyvə ilə özünütəminetmə səviyyəsi

Azərbaycanda meyvə və giləmeyvə məhsulları ilə özünütəminetmə səviyyəsi 2025-ci ildə 140,4%-ə yüksəlib. Alma üzrə göstərici 158,3%, nar üzrə isə 142,3% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin ərzaq balanslarına dair məlumatlarına əsasən, 2024-cü ildə meyvə və giləmeyvə ilə özünütəminetmə səviyyəsi 128,5% olub.

Məhsullar üzrə göstəricilər fərqlənir. Alma ilə özünütəminetmə səviyyəsi 2020-ci ildəki 132,1%-dən 2025-ci ildə 158,3%-ə, nar üzrə isə 112%-dən 142,3%-ə yüksəlib.

Qoz və fındıqla özünütəminetmə səviyyəsi 127,1%, üzüm üzrə isə 92,1% təşkil edib.