Azərbaycanın buğda idxalı yerli istehsalın 80 faizinə çatıb

Azərbaycanın buğda idxalı yerli istehsalın

2025-ci ildə Azərbaycana 1 milyon 267 min 322 ton buğda idxal edilib. Həmin il ölkədə yerli istehsal 1 milyon 573 min 326 ton olub. Beləliklə, idxalın həcmi yerli istehsalın 80,5%-nə bərabər olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycanda 1 milyon 818 min 665 ton buğda istehsal edilib, idxal isə 1 milyon 365 min 100 ton təşkil edib.

Son beş ildə yerli istehsal 13,5%, idxal isə 7,2% azalıb. Bununla belə, idxalın yerli istehsala nisbəti yüksəlib.