Oktyabrın 27-də Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri” mövzusunda təlim keçirilib.
Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçiləri Aynurə Abdalova və Pərvin Balabəyovanın keçirdikləri təlimdə iştirakçılara dövlət qulluğunun ümumi səriştə modeli, səriştə səviyyələrinin və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi barədə məlumat verilib.
Təlim çərçivəsində səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin təşkili ilə bağlı praktiki bilik və bacarıqların inkişafına diqqət yetirilib. Həmçinin real iş situasiyaları müzakirə olunub, komanda tapşırıqları və simulyasiya məşqləri keçirilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.