Adambaşına un istehlakı 6 ildə 59 faiz azalıb

Adambaşına un istehlakı 6 ildə

Azərbaycanda adambaşına düşən un istehlakı 2020-ci ildəki 84,4 kiloqramdan 2025-ci ildə 34,4 kiloqrama enib. Beləliklə, altı il ərzində göstərici 50 kiloqram azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları” hesabatına əsasən, un istehlakında azalma ardıcıl olaraq davam edib. 2021-ci ildə adambaşına 60,1 kiloqram, 2022-ci ildə 47,5 kiloqram, 2023-cü ildə isə 42 kiloqram un istehlak olunub.

2024-cü ildə göstərici 38,8 kiloqrama, 2025-ci ildə isə 34,4 kiloqrama düşüb. 2020-ci illə müqayisədə azalma təxminən 59,2% təşkil edib.

Qeyd edək ki, bu rəqəmlər adambaşına düşən illik istehlakı göstərir və unun ümumi istehlak həcmi ilə eyni göstərici deyil.