2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında iştirak edən ən iri qeyri-dövlət ixracatçıları açıqlanıb.
Monetar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayında məlumat verilib.
Məlumata görə, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC və “Tabaterra” MMC yer alıb.
İlk onluğa, həmçinin “Prime Export” MMC, “Vvest Stream” MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC və “P-Aqro” MMC daxil olub.
2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi başçılıq edib.
Siyahıda növbəti yerlərdə “Azergold” QSC, “Socar Polymer” MMC və “Azəralüminium” MMC təmsil olunublar.
Dövlətə məxsus ixracatçılar arasında, həmçinin “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, SOCAR-ın Qaz İxrac İdarəsi, “Naxçıvan Enerji” MMC və “Socar Cape” MMC yer alıb.