Azərbaycandan balıq və balıq məhsullarının ixracı 2020-ci ildəki 779 tondan 2025-ci ildə 7 006 tona yüksəlib. Beş il ərzində ixrac təxminən 9 dəfə artıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, balıq istehsalı da 61 217 tondan 67 441 tona yüksəlib. Artım 10,2% təşkil edib.
Balıq idxalı 14 496 tondan 22 749 tona çatıb. Bu, 56,9% artım deməkdir. Əhalinin şəxsi istehlak fondu isə 73 202 tondan 81 490 tona yüksəlib.
Beləliklə, balıq bazarında həm ixrac, həm idxal, həm də istehlak fondu artıb. İxracdakı yüksək artım isə xüsusilə diqqət çəkir.
