Çində sənaye müəssisələrinin mənfəəti 14,4 faiz artıb

Çində sənaye müəssisələrinin mənfəəti

Çində sənaye müəssisələrinin mənfəəti sentyabr ayında süni intellekt (AI) sektoruna yüksək tələbatın təsiri ilə sürətlənib. Bununla yanaşı, zəif daxili istehlak səbəbindən istehlak yönümlü sahələrdə artım daha məhdud olaraq qalır.

Çinin Milli Statistika Bürosunun məlumatına görə, sentyabrda sənaye müəssisələrinin mənfəəti ötən ilin eyni ayı ilə müqayisədə 14,4% artıb. Bu, iyun ayından bəri qeydə alınan ən yüksək aylıq artım tempidir.

2026-cı ilin yanvar-sentyabr aylarında Çinin iri sənaye müəssisələrinin mənfəəti illik müqayisədə 15,5% yüksəlib.

Bu göstərici yanvar-avqust dövründə qeydə alınan 15,7%-lik artımla müqayisədə cüzi yavaşlamaya işarə edir.

Sentyabr nəticələri sənaye sektorunda mənfəətliliyin artmaqda davam etdiyini göstərsə də, sahələr üzrə vəziyyət eyni deyil. Süni intellekt infrastrukturu və texnoloji avadanlıqlara tələbat istehsalçıların gəlirlərini dəstəklədiyi halda, istehlak yönümlü müəssisələr zəif daxili tələbatla üzləşir.

Çinin sənaye gəlirlərində artım tempi 2025-ci ildəki mülayim bərpadan sonra 2026-cı ilin əvvəlində ikirəqəmli göstəricilərə yüksəlib.

Qeyd edək ki, əvvəlki bərpa mərhələsindən öncə ölkənin sənaye sektoru ardıcıl üç il ərzində mənfəətin azalması ilə üzləşmişdi.

Hazırda süni intellekt infrastrukturu, texnoloji avadanlıqlar və bu sahələrlə əlaqəli istehsal istiqamətlərinə yüksək tələbat sənaye mənfəətinin artımında əsas amillərdən biri kimi çıxış edir. Bununla belə, daxili istehlakın zəifliyi iqtisadiyyatın istehlak yönümlü sahələrinin bərpadan eyni səviyyədə faydalanmasına mane olur.

MONETAR.AZ