Azərbaycandan alma ixracı artsa da, istehlak fondu azalıb

Azərbaycandan alma ixracı artsa da,

Azərbaycandan alma ixracı 2020-ci ildəki 75,4 min tondan 2025-ci ildə 110,3 min tona yüksəlib. Eyni dövrdə almanın əhalinin şəxsi istehlak fondu 217,5 min tondan 176 min tona düşüb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, alma istehsalı 2020-ci ildə 301 min 411 ton, 2025-ci ildə isə 293 min 312 ton olub. Beş ildə istehsal 2,7% azalıb.

Alma idxalı 2 min 90 tondan 2 min 270 tona yüksəlib. İxrac isə 34 min 970 ton artıb.

Beləliklə, istehsalın bir qədər azalmasına baxmayaraq, alma ixracı artıb, şəxsi istehlak fondu isə aşağı düşüb.