Azərbaycandan nar ixracı 2020-ci ildəki 19,5 min tondan 2025-ci ildə 55,7 min tona yüksəlib. Beş ildə artım təxminən 186% təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, nar istehsalı eyni dövrdə 182 min 149 tondan 187 min 137 tona yüksəlib. Artım 2,7% olub.
Bununla yanaşı, narın əhalinin şəxsi istehlak fondu 139 min 534 tondan 113 min 548 tona düşüb.
Yekun olaraq, nar istehsalında cüzi artım qeydə alındığı halda, ixrac kəskin yüksəlib, şəxsi istehlak fondu isə azalıb.
