Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa olunur

Bakı–Balakən–Bakı qatarlarının hərəkəti

Noyabrın 20-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti yenidən fəaliyyətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakıdan Balakən istiqamətində ilk qatar noyabrın 20-də, əks istiqamətdə isə noyabrın 21-də hərəkət edəcək.

Qeyd edək ki, marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsi nəticəsində zərər görən Qax–Zaqatala dəmir yolu xəttində aparılan təmir işləri ilə əlaqədar müvəqqəti dayandırılmışdı.

Hazırda təmir işləri başa çatdırılıb. Bununla da müəyyən edilmiş tarixlərdən etibarən Bakı–Balakən–Bakı istiqamətində qatar səfərlərinin bərpası təmin ediləcək.