Mal-qaranın çəki artımının maya dəyəri azalıb

Mal-qaranın çəki artımının

Azərbaycanda kənd təsərrüfatı müəssisələrində iribuynuzlu mal-qaranın canlı çəkisinin hər sentner artımının maya dəyəri 2025-ci ildə 155,6 manat olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə bu göstərici 188,3 manat təşkil edib. Azalma 17,4% olub.

Qoyun və keçilərdə isə hər sentner canlı çəki artımının maya dəyəri 2024-cü ildəki 202,8 manatdan 2025-ci ildə 184,3 manata düşüb. Bu, 9,1% azalma deməkdir.