Bostan məhsulları ixracı 5 ildə 4 dəfə artıb

Bostan məhsulları ixracı 5 ildə

Azərbaycandan bostan məhsullarının ixracı 2020-ci ildəki 4 min 521 tondan 2025-ci ildə 17 min 854 tona yüksəlib. Beş ildə artım təxminən dörd dəfə olub.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, bostan məhsullarının istehsalı 2020-ci ildə 448 min 83 ton, 2025-ci ildə isə 458 min 952 ton təşkil edib. Artım 2,4% olub.

Bununla yanaşı, əhalinin şəxsi istehlak fondu 380 min 953 tondan 377 min 490 tona düşüb.

İstehsalda cüzi artım qeydə alındığı halda, ixrac həcmi kəskin yüksəlib.