Azərbaycanda vələmir istehsalı 2020-ci ildəki 11 min 101 tondan 2025-ci ildə 17 min 526 tona yüksəlib. Beş ildə artım təxminən 58% təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, vələmir idxalı da artıb. 2020-ci ildə 1 723 ton olan idxal 2025-ci ildə 2 478 tona çatıb.
Vələmirin heyvandarlıq və quşçuluqda yem kimi istifadəsi 2020-ci ildəki 10 min 647 tondan 2025-ci ildə 16 min 281 tona yüksəlib.
Bununla da, beş il ərzində həm yerli istehsal, həm idxal, həm də yem məqsədilə istifadə artıb.
