İcarəyə götürülən kənd təsərrüfatı torpaqları artır

İcarəyə götürülən kənd təsərrüfatı

Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin icarəyə götürdüyü torpaq sahəsi 2025-ci ildə 317,7 min hektar təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə müəssisələrin icarəsində 281,4 min hektar torpaq olub. Beləliklə, bir il ərzində 36,3 min hektar və ya 12,9% artım qeydə alınıb.

İcarəyə götürülən torpaq sahələrinin genişlənməsi müəssisələrin torpaqdan istifadə strukturunda icarənin mühüm yer tutduğunu göstərir.