Azərbaycanda düyü istehsalı 2020-ci ildəki 9 397 tondan 2025-ci ildə 21 226 tona yüksəlib. Beş il ərzində istehsal 2,3 dəfə artıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” məcmuəsinə əsasən, düyü idxalı 56 884 tondan 54 964 tona enib. Beləliklə, idxal 3,4% azalıb.
Əhalinin şəxsi istehlak fondu isə 63 487 tondan 74 863 tona yüksəlib. Artım 17,9% təşkil edib.
İstehsalın artması və idxalın azalması düyü balansında diqqət çəkən tendensiyadır. Bununla belə, 2025-ci ildə idxalın həcmi yerli istehsaldan təxminən 2,6 dəfə çox olub.
