Azərbaycanda dənli və dənli paxlalı məhsulların istehsalı 2020–2025-ci illərdə 3,16 milyon tondan 3,28 milyon tona yüksəlib. Eyni dövrdə idxal azalıb, ilin sonuna qalan ehtiyatlar isə aşağı düşüb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, beş ildə istehsal 116 min ton və ya 3,7% artıb.
Dənli və dənli paxlalı məhsulların idxalı 2020-ci ildəki 1,49 milyon tondan 2025-ci ildə 1,39 milyon tona enib.
Bununla yanaşı, ilin sonuna qalan ehtiyatlar 1,08 milyon tondan 1,03 milyon tona düşüb. Beləliklə, istehsalın artmasına baxmayaraq, ehtiyatların həcmi əvvəlki səviyyəyə çatmayıb.
