Azərbaycanın sosialyönlü büdcə xərcləri 14,9% artıb: 12,6 milyard manat xərclənib

Azərbaycanın sosialyönlü büdcə xərcləri 14,9% artıb:

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin sosialyönlü xərcləri 12 milyard 643 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və ya 14,9% çoxdur.

Monetar.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, sosialyönlü xərclər dövlət büdcəsinin ümumi xərclərinin 49,9%-ni təşkil edib.

Hesabat dövründə dövlət büdcəsinin ümumi xərcləri 25 milyard 348,2 milyon manat olub. Xərclərin 16 milyard 613,7 milyon manatı cari xərclərə, 7 milyard 284,7 milyon manatı əsaslı xərclərə, 1 milyard 449,8 milyon manatı isə dövlət borcuna xidmətə yönəldilib.

Funksional təsnifat üzrə təhsil xərcləri 3 milyard 121,7 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 529,6 milyon manat, səhiyyə xərcləri isə 953,8 milyon manat təşkil edib.