Almaniyada işsizlərin sayı 3 milyon nəfəri ötüb

Almaniyada işsizlərin sayı

Almaniyada 2026-cı ilin oktyabr ayında mövsümi amillər nəzərə alınmaqla işsizlərin sayı 4 min nəfər artaraq 3,016 milyon nəfərə çatıb. Bununla belə, artım analitiklərin proqnozlaşdırdığı 5 min nəfərlik göstəricidən aşağı olub.

Almaniya Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) açıqladığı məlumatlara görə, mövsümi düzəlişlər nəzərə alınmaqla işsizlik səviyyəsi 6,4 faiz təşkil edib və əvvəlki ayla müqayisədə dəyişməyib.

Mövsümi amillər nəzərə alınmadıqda isə işsizlərin sayı sentyabr ayındakı 2,994 milyon nəfərlə müqayisədə 40 min nəfər azalaraq 2,955 milyon nəfərə enib. Beləliklə, bu göstərici ardıcıl ikinci ay 3 milyon nəfərlik həddən aşağı qeydə alınıb.

Oktyabr ayında ölkədə 654 min aktiv vakansiya mövcud olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min vakansiya çoxdur.

Almaniya Məşğulluq Agentliyinin rəhbəri Andrea Nales bildirib ki, iqtisadi şərait əmək bazarında vəziyyətin əsaslı şəkildə yaxşılaşması üçün hələ kifayət qədər güclü deyil.

Qeyd edək ki, Almaniya iqtisadiyyatı 2026-cı ilin III rübündə 0,2 faiz artım nümayiş etdirib. Buna baxmayaraq, əmək bazarındakı göstəricilər iqtisadi fəallığın və məşğulluq sahəsində bərpanın hələ də məhdud olduğunu göstərir.

MONETAR.AZ