Azərbaycanda işsiz gənclərin sayı bir ildə 19 min nəfər azalıb

Azərbaycanda işsiz gənclərin sayı bir ildə

Azərbaycanda 15-29 yaşlı işsiz gənclərin sayı 2025-ci ildə 99 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 19,1 min nəfər azdır.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri, 2026” statistik məcmuəsində bildirilir.

Məcmuəyə əsasən, 2025-ci ildə 15-29 yaşlı iqtisadi fəal gənclərin sayı 1 milyon 184,5 min nəfər olub. Onlardan 1 milyon 85,5 min nəfəri məşğul, 99 min nəfəri isə işsiz olub. 2024-cü ildə işsiz gənclərin sayı 118,1 min nəfər təşkil edib.

İşsiz gənclərin 54,6 min nəfəri qadınlar, 44,4 min nəfəri isə kişilər olub. Beləliklə, qadınlar arasında işsiz gənclərin sayı kişilərlə müqayisədə 10,2 min nəfər çox olub.